ELM VƏ TƏHSİL
“Müasir gənclik və milli-mənəvi dəyərlər” mövzusunda konfrans
Bakı, 5 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsində “Müasir gənclik və milli-mənəvi dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransda dosent Cavanşir Muradov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Tofiq Hüseynoğlunun “Müasir gənclik və milli-mənəvi tərbiyənin aktual problemləri” mövzusunda geniş məruzəsi dinlənilib.
Digər çıxış edənlər də müasir gəncliyin milli köklərə bağlı, əxlaqi dəyərlərə sadiq ruhda tərbiyə olunmasının vacibliyini vurğulayıblar.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.