SİYASƏT


Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

Bakı, 24 may, AZƏRTAC 

Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 may – Respublika Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov tədbir iştirakçılarını Respublika Günü münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb.

N.Əhmədov müstəqilliyimizin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib. Bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub.

YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva çıxış edərək bildirib ki, 1918-ci ildə ilk dəfə olaraq müsəlman Şərqində Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Çox böyük siyasi və hərbi təzyiqlərə baxmayaraq, Azərbaycanın vətənpərvər oğulları hesabına müstəqillik elan olundu. Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan adlı günəşin qara buludlarını darmadağın etdi. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu müdrik siyasəti davam və inkişaf etdirərək müstəqil Azərbaycanı tolerantlıq, gender bərabərliyi, sabitlik, sülh, daimi inkişafda olan ölkə kimi dünyaya tanıtdı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın multikultural dəyərlərimizin dünyaya çatdırılmasında misilsiz xidmətləri var.

Sonra çıxış edən Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Təvəkkül Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyəti və qısa müddət ərzində gördüyü işlər haqqında məlumat verib. Bildirib ki, Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini hər zaman uca tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.