SİYASƏT


Müdafiə Nazirliyi: Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi təxribatlara bəraət qazandırmağa çalışır VİDEO

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlər Ermənistan mətbuatının guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət sərhədinə yaxın ərazilərdə yerləşən erməni kəndlərinin atəşə tutulması barədə yaydığı xəbərlərə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan hakimiyyəti tərəfindən yayılan belə xəbərlər hərbi ittifaqda olduğu müxtəlif ölkələri aldadaraq öz çirkin avantürasına cəlb etmək və həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi təxribatlara bəraət qazandırmaq məqsədini daşıyır.

“Ermənistan silahlı qüvvələri Berd və Noyemberyan rayonları ərazisində yerləşən atəş nöqtələrindən Azərbaycanın Qazax rayonunun Kəmərli və Qaymaqlı, o cümlədən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Ağdam kəndlərini müxtəlif çaplı silahlardan atəşə tutublar. Nəticədə yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan vurulub. Bu təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən dərhal görülən cavab tədbirləri nəticəsində düşmənin həmin istiqamətdəki atəş nöqtələri susdurulub. Vəziyyətin daha da gərginləşməsinə və baş verə biləcək nəticələrə görə Ermənistanın kriminal hərbi-siyasi rejimi tam məsuliyyət daşıyır”, - deyə Müdafiə Nazirliyindən bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.