SİYASƏT


Müdafiə Nazirliyi: Ermənistan KİV-in Azərbaycan Ordusunun Ağdam istiqamətində guya təxribat törətməsi barədə məlumatı dezinformasiyadır VİDEO

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Ermənistanın kütləvi informasiya vasitələrinin iyulun 8-nə keçən gecə cəbhənin Ağdam istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin təxribat törətməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanda hökm sürən qeyri-sabit siyasi vəziyyətdən ölkə ictimaiyyətinin fikrini yayındırmaq məqsədi güdən Ermənistan rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları yaymaqla cəbhədəki vəziyyəti növbəti dəfə gərginləşdirməyə cəhd göstərir.

“Əvvəllər də bəyan etdiyimiz kimi, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiq qalaraq yalnız düşmən təxribatının qarşısının alınması tədbirlərini həyata keçirir”, - deyə nazirliyin məlumatında qeyd edilir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır, düşmənin ön xətdəki istənilən təxribatının qarşısı bundan sonra da qətiyyətlə alınacaq. Baş verə biləcək bütün hadisələrə görə isə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.