SİYASƏT


Müdafiə Nazirliyi: Ermənistan cəbhədəki uğursuzluqlarına bəraət qazandırmaq üçün növbəti dəfə yalan məlumatdan istifadə edir VİDEO

Bakı, 23 iyun, AZƏRTAC

Müdafiə Nazirliyi təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbçisinin həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumatlara münasibət bildirib.

AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.

Qeyd edək ki, Ermənistan mətbuatı separatçı Dağlıq Qarabağ rejiminin “Müdafiə Nazirliyi”nə istinadla Azərbaycan xüsusi təyinatlılarının guya iyunun 21-dən 22-nə keçən gecə qarşıdurma xəttini keçmək cəhdinin qarşısının alındığı və 4 nəfər itki verərək geri çəkilmək məcburiyyətində qaldığı barədə məlumat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.