Müdafiə Nazirliyi: Ermənistan mətbuatının yaydığı xəbərin heç bir əsası yoxdur
Bakı, 21 yanvar, AZƏRTAC
Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirilməsi barədə yaydığı xəbərin heç bir əsası yoxdur və bu yalan informasiyadır.
Müdafiə Nazirliyinin mətbuat xidməti AZƏRTAC-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulması barədə verilən xəbərdən dərhal sonra ermənilər bu kimi dezinformasiya yayıblar.
Bildirilib ki, Azərbaycan Ordusu cəbhə xəttində atəşkəs rejiminə tam riayət edir: “Düşmənin iddia etdiyi kimi əgər tərəfimizdən bu cür tədbir həyata keçirilərdisə, o zaman Ermənistan qoşunlarının çoxsaylı itkilərə məruz qalması qaçılmaz olardı”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:03]
Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 14.06.2026 [16:10]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 13.06.2026 [20:16]
Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub
- 13.06.2026 [01:29]
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
- 12.06.2026 [18:46]
HDQ-də döyüş atışlı taktiki təlim olub
- 11.06.2026 [22:14]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [09:27]
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 10.06.2026 [18:17]