SİYASƏT


Müdafiə Nazirliyi: Ermənistan müdafiə nazirinin diletant çıxışı həyasızlıqdan başqa bir şey deyil  VİDEO

Bakı, 28 iyun, AZƏRTAC

Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə ölkəmizə ağır zərbə vurulacağı və Azərbaycan Ordusunun guya son 10 gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərini acı istehza ilə qarşılayır, bildiririk ki, onun heç bir real fakta əsaslanmayan, təbliğat məqsədilə yayılan bu diletant çıxışı yalan və həyasızlıqdan başqa bir şey deyil.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında yer alıb.

Açıqlamada deyilir ki, Azərbaycana ağır zərbə vurulmasına Ermənistanın nə hərbi, nə iqtisadi, nə insani resursları, nə də digər amillər imkan verir. Azərbaycan əsgəri və ordumuzun arsenalındakı ən müasir, dağıdıcı qüvvəyə malik döyüş texnikası və silahlar işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir.

İtkilərlə bağlı məsələdə isə məqsədəuyğun olardı ki, V.Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun. Cəbhədəki itkilərinin sayını və ordusundakı digər ölüm faktlarını daim gizlədən məhz Ermənistan tərəfidir. V.Sarkisyan bu cür cəfəng bəyanatlar səsləndirmək əvəzinə, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində ermənilərin son günlərdə verdiyi itkilərin həqiqi sayını ictimaiyyətə düzgün çatdırsa idi daha səmimi görünərdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.