SİYASƏT


Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür VİDEO

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələri düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür.

Bunu Ermənistan kütləvi informasiya vasitələrində yayılan xəbərlərdə cəbhə xəttində bu ölkənin “Şant” televiziya şirkətinin operatorunun guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanması ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, “Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.