SİYASƏT


Müdafiə Nazirliyi düşmənin kəşfiyyat-təxribat qrupunun  ələ keçirilən üzvünün görüntülərini yayıb VİDEO

Bakı, 21 iyun, AZƏRTAC

Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək idi.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvü Zaver Hovanis Karapetyan deyib.

Noyemberyan rayonunun Dovex kəndində anadan olan və hazırda həmin kənddə yaşayan Z.Karapetyan pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunduğunu qeyd edərək deyib: “Əlverişsiz hava şəraitindən, yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik. Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək idi. Qrupumuzun tərkibində iki nəfər yaralı oldu. Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”.

Xatırladaq ki, Z.Karapetyan iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun tərkibində qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərərkən hərbçilərimiz tərəfindən ələ keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.