SİYASƏT


Müdafiə Nazirliyi ehtiyat zabit və gizir (miçman)  hazırlığı kurslarına namizədlərin qəbulunu elan edir

Bakı, 30 may, AZƏRTAC

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq ehtiyat zabit və gizir (miçman) hazırlığı kurslarına namizədlərin qəbulu elan edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil olunan ehtiyat zabit hazırlığı kursuna müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli 28 yaşadək vətəndaşlar qəbul olunurlar.

Ehtiyat zabit hazırlığı kursuna qəbul olunmaq istəyən namizədlər 2017-ci il iyunun 20-dən iyulun 10-dək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət etməlidirlər. Namizədlər müraciət üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: ərizə (qəbul komissiyasının sədrinə), şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə, xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə, ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti, xarici dövlətlərdə təhsil almış namizədlər, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə birlikdə, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri, nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda), uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda), evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış, 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə), məhkumluğunun olub-olmaması barədə “ASAN xidmət” mərkəzləri tərəfindən verilmiş arayış, tibbi müayinə kartı (kitabçası).

Gizir (miçman) hazırlığı kursuna müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşadək vətəndaşlar qəbul olunurlar. Bu kursa qəbul olunacaq namizədlərlə kursu bitirdikdən sonra beş il müddətinə könüllü qaydada gizirlərin (miçmanların) həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma imzalanır. Gizir (miçman) hazırlığı kursuna qəbul olunmaq istəyən namizədlər 2017-ci il iyulun 1-dən 12-dək ərizə ilə Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət etməlidirlər. Namizədlər ərizə (qəbul komissiyasının sədrinə), şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə, xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə, təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri, nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda), uşaqlarının doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda), evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış, 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə), məhkumluğunun olub-olmaması barədə “ASAN xidmət” Mərkəzləri tərəfindən verilmiş arayış, tibbi müayinə kartı (kitabçası) təqdim etməlidirlər.

Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb olunurlar.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi). Əlaqə telefonu: (012) 538-85-62.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.