SİYASƏT


Müdafiə Nazirliyinin mərkəzi aparatının yeni yeməkxanası istifadəyə verilib

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də Müdafiə Nazirliyinin mərkəzi aparatı ərazisində müasir standartlara cavab verən yeni inşa edilmiş yeməkxana istifadəyə verilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçular və mülki işçilərin qidalanması üçün nəzərdə tutulan yeməkxanada şəraitlə tanış olub. Məruzə edilib ki, iki zaldan ibarət yeməkxana və mətbəx yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün lazım olan bütün növ müasir tipli avadanlıqlarla təmin olunub. Xidməti və inzibati otaqlardan ibarət binaya kommunikasiya xətləri çəkilib, mərkəzləşdirilmiş istilik və kondisioner sistemi quraşdırılıb.

Qısa müddətdə inşa edilərək şəxsi heyətin istifadəsinə verilən yeməkxanadakı şəraitlə tanış olduqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyi burada çalışan mülki əməkdaşlarla görüşərək müvafiq tapşırıqlarını verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.