SİYASƏT


Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub

A+ A

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Ramazan bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, döyüş hazırlığı, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti ilə maraqlanıblar.

Sonra nazirliyin rəhbərliyi əməliyyat şəraiti ilə yaxından tanış olub, bayram münasibətilə şəxsi heyəti təbrik edib, onların bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq qalaraq, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borclarını şərəf və vicdanla yerinə yetirəcəklərinə, döyüş hazırlığı səviyyəsinin daha da artırılmasında səylə çalışacaqlarına əminliyini ifadə edib.

Müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlarını verən nazirliyin rəhbərliyi əsgərlərlə nahar edib, ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.