CƏMİYYƏT


Müdafiə Sənayesi Nazirliyi “Araz” zavodunda baş verən hadisə ilə bağlı yeni məlumat yayıb VİDEO

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Xəbər verildiyi kimi, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda partlayış baş verib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində 11 nəfər yüngül xəsarət alıb, ölən yoxdur. Xəsarət alanlara tibbi yardım göstərilir və onlar hazırda həkim nəzarətindədirlər.

Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilləşdirilməsi üçün Müdafiə Nazirliyi tərəfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Müdafiə sənayesi naziri Yavər Camalov partlayışın baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb və hazırda hadisə yerindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı aparılan araşdırmalardan sonra ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.