ORDU
Müdafiə naziri cəbhə bölgəsində səfərdədir VİDEO
Tərtər, 26 aprel, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən Tərtər rayonunda səfərdədir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbərliyi Tərtər şəhərində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub və ehtiramlarını ifadə ediblər.
Müdafiə naziri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə birgə aprelin 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun sakinlərinə məxsus ziyan dəyən evlərə baxış keçirib. Nazir sakinlərlə görüşərək onları dinləyib, qayğıları və problemləri ilə maraqlanıb.
Rayondakı vəziyyətlə bağlı müdafiə naziri müvafiq tapşırıqlar verib.