ORDU
Müdafiə naziri cəbhə bölgəsində yeni salınan hərbi şəhərcikdə aparılan tikinti işlərini yoxlayıb VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi şəhərciklərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində hərbi hissələrdə işlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə bölgəsində tikilən hərbi şəhərcikdə aparılan inşaat işlərinin gedişini yoxlayıblar.
Yeni salınan hərbi hissəyə baş çəkən müdafiə nazirinə məlumat verilib ki, tam infrastrukturla təmin olunacaq müasir tipli qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərcikləri, avtopark, sıra meydanı, yeməkxana, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana-camaşırxana-hamamxana kompleksi və eləcə də digər obyektlərin inşası qısa müddətdə başa çatdırılacaq.
Tikintini həyata keçirən heyətlə görüşən müdafiə naziri görülən işlərin sürətləndirilməsi üçün müvafiq tapşırıq və tövsiyələr verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:10]
Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
- 23.04.2024 [13:21]
Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO
- 23.04.2024 [12:19]
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür
- 21.04.2024 [15:45]
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
- 21.04.2024 [13:09]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.04.2024 [15:24]