ORDU
Müdafiə naziri qoşunların döyüşə hazırlıq səviyyəsini yoxlayıb VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən birlik və birləşmələrin döyüşə hazırolma səviyyəsini yoxlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəfil həyəcan siqnalı ilə qaldırılan qoşunların hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək üzrə bacarığı və manevr imkanları yoxlanılmaqla praktiki döyüş atışları icra olunub.
Nazir yoxlanılan hərbi hissələrin döyüş və əməliyyat imkanlarını, hərbi əməliyyatları aparmaq qabiliyyətini yüksək qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:35]
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
- 25.04.2024 [14:41]
Xocalıda insan qalıqları aşkarlanıb VİDEO
- 25.04.2024 [10:31]