RƏSMİ SƏNƏDLƏR


“Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” Protokolun təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” 2016-cı il sentyabrın 16-da Bişkek şəhərində imzalanmış Protokol təsdiq edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2017-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin