ELM VƏ TƏHSİL


Müəllim olmaq istəyənlər iyulda növbəti elektron sınaq imtahanı verəcəklər

Bakı, 30 iyun, AZƏRTAC

Cari ilin iyulunda Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün yeni suallardan ibarət növbəti elektron sınaq imtahanı təşkil edəcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə elektron imtahan mərkəzində keçiriləcək.

Elektron sınaq imtahanının üstünlüyü ondadır ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələri ilə tanış ola bilirlər.

Qeyd edək ki, bu imtahanlar cari ilin aprelindən keçirilir və ölkənin bütün bölgələrindən müəllim olmaq istəyənlər sınaq imtahanlarına qatılırlar. Elektron sınaq imtahanında iştirak üçün Təhsil Texnologiyaları Mərkəzinə müraciət etməklə qeydiyyatdan keçmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.