İQTİSADİYYAT


Müəllim və tələbələrə istehlakçıların hüquqlarının qorunmasına dair məlumatlar verilib

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda növbəti tədbiri Azərbaycan Milli Konservatoriyasında təşkil edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 100-dən çox müəllim və tələbənin iştirak etdiyi tədbirdə iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilib. Həmçinin istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Seminarda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və onlara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.