CƏMİYYƏT


Müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Bakıdakı 156 nömrəli tam orta məktəbdə Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, yeni tədris ilində təşkil olunmuş ilk səyyar qəbulda 32 nəfər iştirak edib.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Qəbula gələn vətəndaşlar məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, dərslik, təhsil müəssisələrinin təmiri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.