ELM VƏ TƏHSİL
Müəllim və valideynlərin müraciəti dinlənilib
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, paytaxtdakı 311 nömrəli tam orta məktəbdə təşkil olunan qəbulda vətəndaşlar təhsil müəssisələrinin təmiri, akt zalının genişləndirilməsi, istilik sisteminin yenidən qurulması və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Vətəndaşların bütün müraciətləri qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]