CƏMİYYƏT


Müəllim və valideynlərin müraciətləri dinləniləcək

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Dekabrın 2-də Bakının Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Bakıdakı 276 nömrəli tam orta məktəbdə (ünvan: Binəqədi rayonu Naxçıvani küçəsi, 38) təşkil olunan səyyar qəbul saat 10.00-da başlanacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönləndiriləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.