CƏMİYYƏT


Müəllim və valideynlərin müraciətləri dinlənilib

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də Bakı şəhərindəki 195 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) Səbail, Qaradağ və Yasamal rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu qurumun rəhbərliyinin və struktur bölmə əməkdaşlarının iştirak etdikləri səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətlərinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Qəbula gələn vətəndaşlar şagird sıxlığı ilə əlaqədar əlavə tədris korpuslarının inşası, məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri, mövcud avadanlığın yenilənməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər isə yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.