ELM VƏ TƏHSİL


Müəllim və valideynlərin müraciətlərinə baxılacaq

A+ A

Bakı, 21 dekabr, AZƏRTAC

Dekabrın 23-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın Nərimanov və Nizami rayonları üzrə səyyar qəbul keçiriləcək.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Bakıdakı Məktəb Lisey Kompleksində təşkil olunan səyyar qəbul saat 10:00-da başlanacaq.

Səyyar qəbulun keçirilməsinin məqsədi vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin edilməsidir.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.