ELM VƏ TƏHSİL
Müəllimlər İnstitutunda yazıçı-publisistlə görüş keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində “İmzalı görüş” layihəsi əsasında tədbir keçirilib.
AMİ-dən AZƏRTAC-a bildiriblər ki, “İmzalı görüş” layihəsinin qonağı yazıçı-publisist Rəşad Məcid olub.
İnstitutun tədris işləri üzrə prorektoru, dosent Razim Məmmədov qeyd edib ki, layihənin məqsədi gəncləri maarifləndirmək və eyni zamanda, layihə çərçivəsində müəllif və oxucuların görüşünü təşkil etməkdir.
Tədbirdə Rəşad Məcidin yaradıcılığı barədə ətraflı məlumat verilib.
Sonra R. Məcid iştirakçıların suallarını cavablandırıb, kitablarını imzası ilə oxuculara hədiyyə edib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və institutun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.