CƏMİYYƏT


Müəllimlər üçün növbəti təlimlərə başlanılıb

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Bakının ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün növbəti təlimlərə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, təlimlər paytaxtın ümumilikdə 3, 276, 106, 7, 159, 220, 252, 156, 55, 56, 327 nömrəli tam orta məktəbləri olmaqla,11 mərkəzdə təşkil edilib. Budəfəki təlimlərə 354 müəllim cəlb olunub.

Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılır. Məktəbəhazırlıq qruplarında dərs demək üçün əsasən təcrübəli, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir.

Oktyabrın 3-dən mayın 31-dək həftədə dörd gün olmaqla BŞTİ-nin tabeliyindəki 254 məktəbdə fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.