CƏMİYYƏT


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi yekunlaşıb

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi – test imtahanı başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 22-dən avqustun 3-dək keçirilən test imtahanı mərhələsində elektron ərizəsi təsdiqlənən 31 min 779 nəfərdən 27 min 814-ü iştirak edib.

Artıq müsabiqənin üçüncü mərhələsinə – vakansiya seçimlərinə başlanılıb. Namizədlər avqustun 7-i saat 24.00-dək davam edəcək bu mərhələdə şəxsi səhifələrinə daxil olmaqla topladıqları bala uyğun vakant yerləri seçəcəklər.

Hazırda respublikanın ümumi təhsil müəssisələrindəki 3 min 381 vakansiya müsabiqəyə çıxarılıb. Namizədlərin diqqətinə çatdırılır ki, vakant yerləri seçdikdən sonra elektron ərizəni təsdiqləmək zəruridir.

Növbəti mərhələyə keçmək hüququ əldə edən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ingilis dili müəllimliyi ixtisasları üzrə namizədlərin sayı üstünlük təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.