CƏMİYYƏT


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçirilir

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanıb.

Avqustun 3-dək aparılacaq imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında keçirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir. İmtahan bitdikdən sonra namizədlər topladıqları balı öyrənə biləcəklər.

Qeyd edək ki, vakant yerlərin seçimi test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər tərəfindən aparılacaq.

Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 31 min 779 nəfərinin elektron ərizəsi təsdiqlənib.

Hazırda respublikanın ümumtəhsil müəssisələrində olan 3 min 346 vakansiya müsabiqəyə çıxarılıb.

Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.