CƏMİYYƏT


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi avqustun 7-də başa çatacaq

A+ A

Bakı, 6 avqust, AZƏRTAC 

Avqustun 7-də saat 00:00-da ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi - vakansiya seçimləri başa çatacaq.

Namizədlər bu mərhələdə şəxsi səhifələrinə daxil olub topladıqları bala uyğun vakant yerləri seçirlər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hazırda respublikanın ümumi təhsil müəssisələrindəki 3.381 vakansiya müsabiqəyə çıxarılıb.

Növbəti mərhələyə keçmək hüququ əldə edən namizədlər müsahibəyə dəvət olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.