CƏMİYYƏT


Müəssisələrdə idarəetmənin səmərəliliyinin artırılması, menecmentə sistemli yanaşma ilə bağlı təlim keçiriləcək

Bakı, 11 yanvar, AZƏRTAC

Yanvarın 25-də tələbələr üçün "Müəssisələrdə idarəetmənin səmərəliliyinin artırılması, menecmentə sistemli yanaşma" mövzusunda təlim keçiriləcək.

"AtaHolding" Şirkətlər Qrupundan AZƏRTAC-a bildiriblər ki, şirkətin əməkdaşı Elməddin Hüseynov tərəfindən aparılacaq təlimdə fəaliyyətin planlaması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin monitorinqi və davamlı inkişafın təmin edilməsi haqqında ətraflı məlumat veriləcək.

Təlim tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək, dayanıqlı inkişaf, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və xidmətlərin keyfiyyəti üzrə personalın siyasəti ilə bağlı məsələlərə toxunulacaq. Təlimdə iştirak etməkdə marağı olan tələbələr yanvarın 23-dək [email protected] ünvanına müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.