CƏMİYYƏT
Müəyyən irqə nifrətə qarşı mübarizə aparmaq üçün xüsusi proqram yaradılıb
Bakı, 20 dekabr, AZƏRTAC
Böyük Britaniya və İspaniya psixoloqları müəyyən irqə nifrətə qarşı mübarizə aparmaq üçün xüsusi proqram yaradıblar. AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, virtual reallıq bütün bədəni və ya onun bir hissəsini, dərinin quruluşunu və göz kəsiyini dəyişməyə imkan verir.
Eksperiment çərçivəsində ağ irqə mənsub adamlar qaralara çevrilib, qaralar isə ağlara. Maraqlıdır ki, belə təcrübə insanların başqa irqlərə münasibətini yaxşılaşdırıb. Eksperiment iştirakçıları başqa millətlərin nümayəndələrinə daha loyal olmağa başlayıblar.
Alimlər başa düşüblər ki, belə təcrübələri yalnız elmi məqsədlərlə deyil, həmçinin multiirqi kollektivlərdə gərginliyi azaltmaq üçün adi məktəb və universitet proqramlarında da tətbiq etmək olar. Beləliklə, irqçiliyə qarşı müvəffəqiyyətlə mübarizə aparmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]