MƏDƏNİYYƏT


“Müfəttiş” yenidən Akademik Milli Dram Teatrında

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rus yazıçı və dramaturq Nikolay Qoqolun “Müfəttiş” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elxan Quliyev, Pərviz Bağırov, Kazım Abdullayev və başqaları iştirak edirlər.

Qeyd edək ki, səhnə əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.