MƏDƏNİYYƏT


Muğam Mərkəzində “Bayatı-şiraz” dəstgahı səslənəcək

Bakı, 21 iyun, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində reallaşan “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert iyunun 28-də “Bayatı-şiraz” muğamına həsr olunacaq.

Muğam Mərkəzindən AZƏRTAC-a məlumat verilib ki, konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa edilməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də müraciət edəcəklər.

İcrasına cari ilin may ayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti iyunun 30-da “Humayun” və “Şüştər” muğamlarına həsr ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.