MƏDƏNİYYƏT


Muğam Mərkəzində Nərgiz Əliyarovanın solo konserti keçiriləcək

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Əməkdar Artist, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqə laureatı Nərgiz Əliyarovanın solo konserti keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konsertdə Haydn, Motsart, Şopen, List, Raxmaninov, Debüssi və Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək. Gecədə pianoçunun Belçikanın “Etcetera Records” şirkətində yazılmış “Nərgiz Əliyarova Azərbaycan musiqisini ifa edir” adlı kompakt diski təqdim olunacaq.

Şirkət bu diskin satışını hazırda dünyanın müxtəlif ölkələrində təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.