MƏDƏNİYYƏT


“Muğam axşamları” layihəsi davam edir

Bakı, 16 iyun, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində reallaşan “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert “Çahargah” muğamına həsr olunub.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, muğamın müxtəlif şöbələrini xalq çalğı alətləri ansamblının müşayiəti ilə dinləyicilərə Əməkdar Artist Sevinc Sarıyeva, xanəndələr Malik Həsənov və Ramiq Bayramov çatdırıblar.

Xanəndələr və musiqiçilər tərəfindən böyük məharətlə, ustalıqla təqdim olunan muğamın ifası salonda güclü emosional ovqat yaradaraq böyük rəğbətlə qarşılanıb və alqışlarla müşayiət olunub.

İcrasına cari ilin may ayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti iyunun 20-də “Bayatı-Şiraz” muğamına həsr ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.