MƏDƏNİYYƏT


“Muğamat var olan yerdə” adlı konsert təşkil edilib

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində “Muğamat var olan yerdə” adlı xalq musiqisindən ibarət konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konsert zamanı filarmoniyanın foyesində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin incəsənət və musiqi məktəblərinin uşaqlarının hazırladığı rəsm əsərlərinin sərgisi açılıb. Konsertdən əvvəl və sonda tamaşaçılar sərgi ilə tanış olublar.

Konsertdə “Muğam” instrumental ansamblının müşayiəti ilə Muğam Televiziya Müsabiqəsinin laureatları Təyyar Bayramov, Ehtiram Hüseynov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Bəyimxanım Vəliyeva, Mirələm Mirələmov, Elnur Zeynalov və başqalarının çıxışları dinlənilib. Xanəndələr Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnılarını, muğam və təsnifləri ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.