CƏMİYYƏT


“Muğamın müasir dinləyiciləri” layihəsinin konserti keçirilib

Bakı, 1 iyul, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının təşkilati dəstəyi ilə “Muğamın müasir dinləyiciləri” layihəsinin konserti keçirilib.

ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində müxtəlif çalğı alətləri ilə ifa ediləcək 10 muğam parçası seçilib və bu parçaları ifa etmək üçün komandalar yaradılıb.

Bakı Musiqi Akademiyasının Opera Studiyasının konsert salonunda təşkil olunan konsertdə muğam digər musiqi janrları ilə sintez edilib, tar, kamança və qavaldan əlavə, başqa xalqlara mənsub musiqi alətləri ilə ifa olunub.

Qeyd edək ki, yalnız tələbələrin cəlb olunduğu layihənin sonunda iştirak edən komandalar sertifikatlarla təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.