İQTİSADİYYAT


“Muğanbank” ipoteka portfelini 2 dəfə artırıb

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

“Azərbaycan İpoteka Fondu” ASC ilə “Muğanbank” ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq, “Bank Standard”ın ipoteka portfelinin bir qismi “Muğanbank” ASC–yə ötürülüb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, beləliklə, “Muğanbank” ASC 2 min nəfərə yaxın ipoteka götürmüş müştəriyə xidmət göstərir və müvəkkil kredit təşkilatları arasında ipoteka portfelinin həcminə görə 1-ci yerə yüksəlib.

“Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.