İQTİSADİYYAT
“Muğanbank” müştərilərinə daha bir yeni xidmət təqdim etdi
Bankdan AZƏRTAC-a bildirilib ki, xidmətdən istifadə qaydaları çox sadədir. Plastik kart sahibi bankomatda “Cash by Code” xidmətini seçərək pulu alan şəxsin mobil nömrəsini və məbləği daxil edir. Pul vəsaitini almaq üçün təqdim olunan müvafiq şifrənin bir hissəsi bankomatdan çek vasitəsi ilə, digər hissəsi isə pulu alan şəxsin mobil nömrəsinə göndərilən SMS vasitəsi ilə əldə edilir. Pulu alan şəxs 24 saat ərzində “Azericard” şəbəkəsinə daxil olan istənilən ATM-ə yaxınlaşaraq şifrənin hər iki hissəsini daxil edib göndərilən məbləği nağdlaşdıra bilər.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Bankın ölkə ərazisində 39 filialı və 8 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.
Ətraflı məlumatı 933 məlumat mərkəzindən və ya www.muganbank.az saytından, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsindən əldə etmək olar.