REGİONLAR
Muğanlı-İsmayıllı avtomobil yolunda cari təmir işləri aparılır
Bakı, 25 aprel, AZƏRTAC
“Azəravtoyol” ASC Muğanlı-İsmayıllı avtomobil yolunda cari təmir işləri aparır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri çərçivəsində uzunluğu 40 kilometr olan yolun çiyin hissələri təmizlənərək bərkidilir, suötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.
Bundan başqa, yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.
Analoji təmir işləri deformasiyaya uğramış Qaraməryəmli-İsmayıllı-Şəki avtomobil yolunun 30-46-cı kilometrlik hissəsində də aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]