DÜNYA


Muğla-Antalya avtomobil yolunda avtobus qəzasında ölənlərin sayı 24-ə çatıb

Bakı, 14 may, AZƏRTAC

Ötən gün Türkiyədə Muğla-Antalya avtomobil yolunda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, sərnişinlə dolu avtobus 15 metr hündürlükdən uçuruma yuvarlanıb. Qəza nəticəsində ölənlərin sayı 24-ə çatıb. Yaralanan 10 nəfər isə xəstəxanalara yerləşdirilib.

Xatırladaq ki, avtobusda əksəriyyəti qadın və uşaqlardan ibarət olan qrup Analar Günü ilə əlaqədar İzmirə və Marmarisə gedirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.