DÜNYA


Mühacirləri daşıyan gəmi qəzası qurbanlarının sayı artmaqda davam edir

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Aralıq dənizinin Misir sahilləri yaxınlığında qanunsuz mühacirləri daşıyan qayığın batması nəticəsində həlak olanların sayı 168 nəfərə çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, müxtəlif məlumatlara görə göyərtəsində Afrika ölkələrindən olan 400-dən 600 nəfərədək qanunsuz mühaciri daşıyan qayıq sentyabrın 21-də Misir sahillərindən 12 kilometr uzaqlıqda qəzaya uğrayıb.

Sahil mühafizə xidməti 150 nəfəri xilas etməyə nail olub. Qalan mühacirlərin həyatlarını itirdiyi ehtimal edilir. Batan qayığın sərnişinləri arasında əsasən Sudan, Misir və digər Afrika ölkələrinin vətəndaşları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.