REGİONLAR


Müharibə əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib VİDEO

A+ A

Cəlilabad, 4 avqust, AZƏRTAC

Avqustun 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Cəlilabad rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 8 yeni fərdi yaşayış evi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, fərdi yaşayış evlərinin açarlarının təqdim olunması mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısının ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdığını bildirib.

Ə.Seyidzadə çıxışında dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğu ölkəmizdə bütün sosial proqramların icrasının uğurla davam etdirildiyini, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı istiqamətində də mühüm addımların atıldığını vurğulayıb.

Direktor müavini diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, ölkəmizin müxtəlif bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri, həmçinin hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər həmin insanların istifadəsinə verilir. Sərəncamın icrası işlərinin davamı kimi, cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 223 nəfər şəxsə, o cümlədən 140 nəfər Qarabağ müharibəsi əlilinə, 83 şəhid ailəsinə müasir tələblərə cavab verən yeni mənzillər təqdim olunub.

Qeyd edilib ki, bu təbəqədən olan vətəndaşların Azərbaycan Prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatı da gücləndirilir. Cari ilin yanvar ayında dövlət başçısının müvafiq fərman və sərəncamlari ilə bu sosial ödənişlərin növbəti dəfə artırılması təmin edilib.

Tədbirdə əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin tibbi-sosial reabilitasiyası, onların səmərəli bərpa-müalicə sistemi ilə əhatə olunması yönündə görülən işlərdən də bəhs olunub.

Digər çıxış edənlər dövlətimizin başçısının uğurlu sosial siyasətindən danışaraq, bu siyasətin hər bir vətəndaşın, o cümlədən sosial cəhətdən həssas qruplara aid şəxslərin, müharibə əlilləri və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət etdiyini bildiriblər.

Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların maddi təminatlarının gücləndirilməsi, eyni zamanda, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən razılıq ediblər. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə edildiklərinə, hazırda isə yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Daha sonra fərdi yaşayış evlərinə baxış olub. Mənzillərdə ailələrin rahat yaşayışı üçün müasir tələblərə uyğun şərait yaradılıb.

İstifadəyə verilən fərdi yaşayış evlərinin açarlarının 4-ü Qarabağ müharibəsi əlillərinə, digər 4-ü isə şəhid ailələrinə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.