CƏMİYYƏT


Mülki Aviasiya Muzeyində Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyində tədbir keçirilib.

Mülki Aviasiya Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti iştirak edib. Mülki Aviasiya Muzeyinin əməkdaşı Gülər Rzayeva “Azərbaycan mülki aviasiyası müstəqillik illərində” adlı mühazirə oxuyub. Sonda Azərbaycan mülki aviasiyasının 25 il ərzində keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.