SİYASƏT


Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib

Berlin, 17 iyul, AZƏRTAC 

Bu il iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən ağır silahlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması ilə bağlı Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyəti (NRW) tərəfindən iyulun 16-da Bielefeld şəhərinin mərkəzi küçəsi Jahnplatzda mitinq keçirilib. Füzuli rayonunun Alıxanlı kənd sakini Zəhra və Xocalı şəhidləri anılıb. Təcavüzkar Ermənistan dünya ictimaiyyətinə bir daha ifşa edilib.

Mitinqdə Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Təranə Tağıyeva, həkim Ruslan Cəfərli, Avropa Atatürkçü Düşüncə Dərnəyinin Bielefeld şöbəsinin rəhbəri Mehmet Ali Ölməz alman və Azərbaycan dillərində çıxışlarında erməni vəhşilikləri barədə məlumat veriblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.