SİYASƏT


Mülki şəxslərin qətlə yetirilməsi Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini ortaya qoyur

Bakı, 7 iyul, AZƏRTAC 

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsi ilə bağlı məlumat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, bəyanatda işğalçı Ermənistanın Xocalı faciəsi də daxil olmaqla bir çox qanlı təxribatlar törətdiyi qeyd edilib. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində Sahibə Allahverdiyevanın və nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi işğalçı ölkənin terrorçu mahiyyətini ortaya qoyur. Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasəti regionda sabitliyə mənfi təsir edir, münaqişənin həllinə mane olur.

Bəyanatda, həmçinin dünyanın aparıcı dövlətlərinə, beynəlxalq təşkilatlara Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırış ünvanlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.