REGİONLAR


Multikulturalizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir

A+ A

Şirvan, 16 noyabr, Mahir Babayev, AZƏRTAC

Şirvanda şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə “Dini və milli tolerantlığın Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatında keçirilən mərasimdə din xadimləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev tədbiri açaraq dini və milli tolerantlığın ta qədimdən Azərbaycanda həyat tərzinə çevrildiyini, respublikamızda, o cümlədən Şirvan şəhərində yaşayan millətlərin və azsaylı xalqların nümayəndələrinin daim sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, bir-birinin adət-ənənələrinə sayğı göstərdiklərini, milli və dini bayramlarda birgə iştirak etdiklərini vurğulayıb. S.Abıyev ölkəmizdə tolerantlığın və multikulturalizmin həyat tərzinə çevrildiyini və bu sahədə aparılan işin dövlət siyasəti səviyyəsinə qaldırıldığını bildirib.

Sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, Əməkdar Müəllim Fəxrəddin Nağıyev “Dini və milli tolerantlığın Azərbaycan nümunəsi” mövzusunda çıxış edib. O, tolerantlıq və multikulturalizmin Azərbaycan modelinin dünyaya təqdim olunması sahəsində görülən işlərdən, əldə edilən uğurlardan, ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlardan, həmçinin Yaxın Şərqdə baş verən toqquşmalardan və müharibələrdən danışıb.

Tədbirdə çıxış edən Şirvan şəhərinin axundu hacı Əvəz Mehrəliyev ölkədə və Şirvan şəhərində dini və milli tolerantlığın birgəyaşayış normasına çevrildiyini, dindarların eyni məsciddə vəhdət namazı qıldığını, bir-birilərinin xeyir-şər mərasimlərində yaxından iştirak etdiklərini bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.