SİYASƏT


Multikulturalizm Mərkəzinin Drezden filialında Beynəlxalq Tolerantlıq Günü qeyd olunub

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialında Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Almaz Məmmədov, SlLUB Kitabxanasının direktoru professor Tomas Burger və Drezden şəhər meriyasinin şöbə mödiri İrma Castillo, Maissen şəhər meriyasinin xarici ölkələrlə iş şöbəsinin müdirinin müavini, əslən Bakıdan olan Lora Valter, Avropa Azərbaycanlıları Konqresinin Prezidenti Samira Patzner-İsmayılova, Drezden şəhər meriyasinin deputatları, nüfuzlu ictimai xadimləri və Drezden Universitetinin professor və tələbə heyəti iştirak ediblər.

Mərasimi BBMM-in Drezden filialının icraçı direktoru Birgit Vaysgerber açaraq tolerantlığın və multikulturalizmin Azərbaycanda əsrlərə söykənən həyat tərzi və dövlət siyasətində aparıcı xətt olduğunu vurğulayıb.

Filialın müşaviri Ağa Hüseyn Babayev Azərbaycanın multikultural dəyərləri və tolerantlıq ənənələrindən söz açıb.

Tədbirdə vaxtilə Azərbaycanda Neft Akademiyasının tələbəsi olmuş Jan Gueiber Bakı ilə bağlı xatirələrini bölüşüb.

Tədbir ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.