MƏDƏNİYYƏT


“Multikulturalizm dünyanın hər yerində: foto və poster müsabiqəsi 2016” elan edilib

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Beynəlxalq Multikultural Şəbəkə tərəfindən “Multikulturalizm dünyanın hər yerində: foto və poster müsabiqəsi 2016” mövzusunda müsabiqə elan edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycandan 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə bağlı təşkil edilən müsabiqənin əsas məqsədi ölkəmizdə dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli mənəvi dəyərlərin qorunub-saxlanması, eyni zamanda təbliğinə dəstək olmaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər multikultural gənclər və ya gənclər və multikulturalizm, multikulturalizm musiqi dünyasında, qadın problemləri və multikulturalizm, iş yerlərində və təhsildə multikulturalizm, multikulturalizmin Azərbaycan modeli və digər mövzularda vəsaitlər təqdim etməlidir.

Fotolar JPEG formatında, şəkil ölçüsü 4 meqabaytdan böyük olmamalıdır. Poster isə maksimum 10 meqabayt ölçüsündə, JPEG, PNG və ya PDF formatında, orijinal ölçüsü isə A1 formatında olmalıdır.

Təqdim edilən elektron posterə maksimum 400 sözdən ibarət olan və posteri təsvir edən mətn əlavə oluna bilər. Müsabiqənin mövzularına, məqsəd və vəzifələrinə uyğun material təqdim edən hər kəs iştirak edə bilər.

Müsabiqədə peşəkar münsiflər heyəti tərəfindən həm foto, poster üzrə 3 qalib müəyyənləşdiriləcək. Birinci, ikinci və üçüncü yerlərin sahiblərinə müvafiq olaraq 350, 250 və 200 manat pul mükafatı və diplom təqdim ediləcək.

İştirak etmək istəyənlər hazırladıqları materialları oktyabrın 5-dək [email protected] elektron ünvanına göndərməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.