REGİONLAR
Multikulturalizm humanist dəyərlərə sevgidir
Sumqayıt, 10 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində “Multikulturalizm humanist dəyərlərlərə sevgidir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri humanitar məsələlər üzrə prorektor, dosent Nizami Namazov açıb. Bildirilib ki, Azərbaycanda uzun illərdən bəri dədə-babalarımızdan bizə miras qalmış milli mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə xüsusi həssaslıqla yanaşılır. N.Namazov multikultural dəyərlərin dövlət siyasəti olduğunu, bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb.
Çıxışlarda respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verildiyi vurğulanıb. Həmçinin qeyd olunub ki, bu siyasətin həyata keçirilməsində ictimai təşkilat kimi Heydər Əliyev Fondunun da dövlətimizə böyük əməli dəstəyi var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]